Azərbaycanlı milyarderə klubundan pis xəbər

Azərbaycanlı milyarderə klubundan pis xəbər
  27 İyun 2014    Oxunub:1134
Hafiz Məmmədovun səhmlərini aldığı Fransanın "Lans" klubunu Liqa 1-ə buraxmırlar.
Azerisport.az xəbər verir ki, sözügedən klubun rəhbərliyi qarşıya qoyulan maliyyə öhdəliklərini yerinə yetirə bilmir.

Bu üzdən də Fransa Futbol Federasiyasının müvafiq qurumları bu komandanı elitaya buraxmaq üçün müvafiq lisenziyanı vermək istəmirlər. Halbuki, komanda son mövsümün yekunlarına görə yeni mövsümdə Liqa 1-də çıxış etməlidi.

Qeyd edək ki, klubun sahibi Jerve Martel bununla əlaqədar mətbuat konfransı təşkil edib. O, bəyan edib ki, "Lans" bu qərarla bağlı apellyasiya şikayəti verəcək. Yekun qərar ya iyulun 3-də, ya da 9-da açıqlanacaq.


Teqlər:





Xəbər lenti