Peskov Putinin təhlükəsizliyindən danışıb

   Peskov Putinin təhlükəsizliyindən danışıb
  10 Mart 2024    Oxunub:1082
"Rusiya Prezidenti Vladimir Putinin təhlükəsizliyi etibarlı şəkildə təmin edilir". Bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Martın 5-də Putin Stavropol diyarına səfəri zamanı nahar zamanı istixana kompleksinin işçiləri ilə söhbət edib, orada prezidentə şorba, kartof püresi və yerli şəraitdə yetişdirilən tərəvəzlər təklif olunub.

"Təhlükəsizlik xidməti dövlət başçısının təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edir və səyahət zamanı qəbul etdiyi yeməklərə diqqət yetirir",- Peskov prezidentin kənar yerdə qidalanmasının təhlükəsinin olub-olmaması sualına cavab verərkən deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti