Hindistan Ermənistana hava dəhlizi yaradır

   Hindistan Ermənistana hava dəhlizi yaradır
  10 Mart 2024    Oxunub:1292
Hindistan strateji əhəmiyyət daşıyan ixraca xidmət etmək üçün Ermənistana hava dəhlizi yaradır.
AzVision.az xəbər verir ki, bu barədə aerokosmik müdafiə sahəsində xəbərlər üzrə ixtisaslaşmış Hindistanın “IADN” agentliyi məlumat yayıb.

“Hindistan strateji əhəmiyyət kəsb edən ixraca xidmət etmək üçün Ermənistana hava dəhlizi yaradır. “HAL” və “CONCORD” eyni məqsədlə HALCON Birgə İşçi Qrupunu yaradıblar. Bu, Hindistan və Ermənistan arasında logistikanı gücləndirəcək”, - məlumatda deyilir.

Şahanə Rəhimli
AzVision.az





Teqlər:





Xəbər lenti