Boksçumuz erməni rəqibini məğlub edib
![Boksçumuz erməni rəqibini məğlub edib Boksçumuz erməni rəqibini məğlub edib](https://azvision.az/photos/2024/03/1710135096205410446_1200x630-1710136485.jpg)
Döyüş S.Əliyevin qələbəsi ilə yekunlaşıb. Boksçumuz 3:2 (28:29, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Beləliklə, Nicat Hüseynovun (51 kiloqram) ardınca Sərxan da erməni rəqibini mübarizədən kənarlaşdıraraq adını 1/4 finala yazdırıb.
Ona "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziyaya sahib olmaq üçün cəmi bir qələbə kifayət edəcək. S.Əliyev yarımfinala gedən yolda qazaxıstanlı Aslanbek Şimbergenovla qüvvəsini sınayacaq.
Qeyd edək ki, 1/4 final görüşləri bu gün keçiriləcək.
AzVision.az
Teqlər: