"Rus boyunduruğundan qurtulsaq, dövlətçiliyimizi itirəcəyik" - Erməni politoloq

      "Rus boyunduruğundan qurtulsaq, dövlətçiliyimizi itirəcəyik" -    Erməni politoloq
  11 Mart 2024    Oxunub:918
Xəbər verdiyimiz kimi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin Avropa İttifaqına (Aİ), habelə NATO-ya qoşulma ideyası ilə bağlı müzakirələr aparıldığını bəyan edib.
Rəsmi İrəvanın bu qərarı erməni cəmiyyətində birmənalı qarşılanmayıb. Politoloq Suren Surenyanç "Mamul"a verdiyi açıqlamada deyib ki, Ermənistanın Rusiyadan "qopması" cəhdləri təhlükəli gedişlərdir.

Ermənistan Aİ-yə qoşulur: Müzakirələr başlayıb
"Böyük Britaniya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü dondurmaq qərarını bu ölkənin suveren hüququ kimi qəbul edir. Britaniyanın müdafiə naziri Ceyms Xippi bəyan edib ki, Rusiyadan cavab təhdidləri olacağı təqdirdə NATO müttəfiqləri ilə birlikdə İrəvana dəstək göstərəcək. Qərb tərəfdaşları son dərəcə "dürüst" bəyanatlar verirlər. Çünki onlar bizi Azərbaycandan gələn təhdidlərdən qorumaq, İrəvanı bu konteksdə dəstəkləmək fikrində deyillər. Tərəfdaşlarımız bizi ruslardan “qoruyurlar”. Onlar ermənilərə yol və “ümid qapısını” göstərirlər. Deyirlər üzü Ankaraya getməklə rus boyunduruğundan qurtula bilərik", - politoloq qeyd edib.

Surenyançın fikrincə Qərbdə İrəvana açıq şəkildə Ukrayna-2 olmağı təklif edirlər: "İndiki halda Qərbi prosesin nəticəsi deyil, prosesin özü maraqlandırır ki, bu da Ermənistan dövlətçiliyinin itirilməsinə gətirib çıxara bilər. Britaniyanın baş naziri olmuş Solsberinin Lordlar Palatasındakı çıxışını xatırladım. O bəyan etmişdi ki, erməni əhalisini qorumaq üçün hərbi müdaxilədən çəkinmək lazımdır. Çünki “İngilis gəmiləri Toros dağlarına qalxa bilməzlər. Əgər kimsə düşünürsə ki, indi Qərbin gurultulu vədləri başqa effekt verəcək, deməli yanalır.
Qərb mərkəzlərinin məqsədi regionda Rusiya və İranın təsirini zəiflətməkdir. Bunun nəticəsində erməni xalqının və ya Ermənistanın başına nələrin gələcəyi onları qətiyyən maraqlandırmır. Bu ona görə deyil ki, həmin dairələr erməni xalqının düşmənidirlər. Qətiyyən yox. Qərbin sadəcə olaraq Türkiyə və Azərbaycana qarşı fəaliyyətimizdə bizi dəstəkləməkdə heç bir siyasi marağı yoxdur. Onlar bizim “anti-Rusiya” potensialımızla maraqlanırlar".

Beynəlxalq məsələlər üzrə ekspert Suren Sarkisyan da İrəvanın Qərbə yön almasını maraqlı və təhlükəsli ssenari sayıb: “Qərb Ermənistana qarşı siyasətini görünməmiş şəkildə gücləndirir. Əgər yaxın həftələrdə yüksək rütbəli NATO rəsmiləri Ermənistana gəlsələr təəccüblənmərəm. Hətta Ermənistan aktiv inteqrasiya prosesinə başlamaq təşəbbüsü ilə Avropa İttifaqına rəsmi müraciət etsə belə təəccüblənməyəcəyəm”.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Qərb   Rusiya   Ermənistan   Politoloq  





Xəbər lenti