Xankəndinin separatçı rəisi 1,5 milyon dollara restoran alıb - Ermənistan mediası

   Xankəndinin separatçı rəisi 1,5 milyon dollara restoran alıb    - Ermənistan mediası
  11 Mart 2024    Oxunub:1093
Qarabağda mövcud olmuş separatçıların soyğunçu əməlləri ilə bağlı yeni məlumatlar yayılıb.
AzVision.az xəbər verir ki, Ermənistanın "Mamul" saytı yazıb ki, Arayikin məmurlarından olmuş "Boka" ləqəbli polis rəisi sən demə Qarabağdan külli miqdarda pul çıxara bilib: “Xankəndi şəhəri milislərinin keçmiş və sonuncu rəhbəri, polkovnik Boris Calavyanın yeni mülkləri aşkarlanıb.

Separatçıların Xankəndidə tikdikləri binalar sökülür - VİDEO
Məlum olub ki, "məmurlar" Qarabağdan təxliyə edilməmişdən bir neçə həftə əvvəl o, artıq İrəvanda təxminən 1,5 milyon dollara dəbdəbəli restoran alıb. Ünvanı da deyə bilərik. İrəvan, Jrvej Koçinyan 6/12, Masis restoran kompleksi".

Məqalədə qeyd edilir ki, Qarabağdan çıxan ermənilərin çoxu çörək və mənzil kirayəsi dərdində olduğu vaxtda Xankəndi milislərinin keçmiş rəhbərlərinin İrəvanda belə bir dəyərdə restoran alması dəhşətli xaos və özbaşınalıqdan xəbər verir.

Bundan başqa, separatçılar bir vaxtlar xidməti maşın kimi istifadə etdikləri avtomobilləri də özəlləşdirib istifadə edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Separatçı   Rəis   Restoran  





Xəbər lenti