Poçt şöbəsində qumbara partladı

Poçt şöbəsində qumbara partladı
  11 Mart 2024    Oxunub:840
Moskvadadakı poçt şöbələrindən birində bağlama partlayıb.
AzVision.az xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.

Qeyd edilir ki, hadisə martın 11-də səhər saatlarında Babuşkin küçəsi, 38 ünvanında baş verib. Poçt işçiləri avtomobildən bağlamaları boşaldarkən partlayış səsi gəlib: "İşçilər partlayışdan qorxublar. Daha sonra bağlamalardan tüstü çıxıb və yaşıl rəngdə qumbara tapılıb".

Tural Tağıyev
AzVision.az



Teqlər: Poçt   Qumbara  





Xəbər lenti