Fransanın partiya sədri Makronu tənqid etdi: "İflasa uğramışıq!"

 Fransanın partiya sədri Makronu tənqid etdi:  "İflasa uğramışıq!"
  11 Mart 2024    Oxunub:1057
İndiki fransız siyasətçilərinin səviyyəsi Fransa diplomatiyasının iflasına səbəb olub.
AzVision.az xəbər verir ki, bu barədə Fransanın "Patriotlar" partiyasının lideri Florian Filippot Rusiya mediasına açıqlamasında deyib.

O qeyd edib ki, “Hazırda biz Fransa diplomatiyasının genişmiqyaslı çöküşünün şahidi oluruq”.

Filippo onu da vurğulayıb ki, Fransa prezidentinin, baş nazirinin və ümumilikdə nazirlərinin səviyyəsi iyirmi il əvvəlkilərdən xeyli aşağıdır.

Siyasətçi xüsusilə Fransa Xarici İşlər Nazirliyinə rəhbərlik edən Stefan Sejurne ilə 2002-2004-cü illərdə nazir olmuş Dominik de Vilpenin müqayisəsini önə çəkib. Sejurne hətta fransızca belə mükəmməl danışa bilmir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Fransa  





Xəbər lenti