"Türkiyə icazə istəmir, lazım olanı edir" - Yaşar Gülər ​​

   "Türkiyə icazə istəmir, lazım olanı edir" -    Yaşar Gülər ​​
  11 Mart 2024    Oxunub:871
Türkiyə sərhədləri yaxınlığında antiterror əməliyyatı keçirmək üçün icazə istəməyəcək.
Bunu “Hürriyyət” qəzetinə müsahibəsində Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​deyib.

Nazir qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri yayda İraqın şimalında ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasına qarşı genişmiqyaslı quru əməliyyatı keçirmək niyyətindədir.

“Söhbət ölkəmizin təhlükəsizliyindən gedirsə, heç kimdən heç nə xahiş etmirik, lazım olanı edirik... Biz heç kimin əmrinə tabe olmamışıq, olmayacağıq",- Gülər ​​ABŞ və Rusiyanın qarşıdakı əməliyyata mümkün reaksiyasını şərh edərkən deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirmişdi ki, Ankara yayda İraqla sərhəd təhlükəsizliyi məsələsini həll etmək istəyir. Onun sözlərinə görə, Türkiyə tərəfi Suriyada təhlükəsizlik dəhlizi (30-40 kilometr) yaratmağa da çalışır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti