Baş Prokurorluq stadiondakı ölümlə bağlı məlumat yaydı

 Baş Prokurorluq stadiondakı ölümlə bağlı məlumat yaydı
  11 Mart 2024    Oxunub:941
Ağstafa rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
AzVision.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 10-u saat 18 radələrində 2006-cı il təvəllüdlü Elvin Həsənzadənin Ağstafa rayonunun Vurğun qəsəbəsində yerləşən stadionda ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Zarafat etmək istədi, "tok" vurdu


İlkin araşdırma zamanı Elvin Həsənzadənin hündürlükdən keçən elektrik naqilinə dəmir boru ilə toxunması nəticəsində cərəyanın təsirindən ölməsi müəyyən edilib.

Araşdırmalar davam etdirilir.
AzVision.az


Teqlər:  





Xəbər lenti