Kreml Trampın sülh planına reaksiya verdi

Kreml Trampın sülh planına reaksiya verdi
  11 Mart 2024    Oxunub:938
Kreml ABŞ-nin keçmiş prezidenti Donald Trampın Ukraynada sülh planının olması ilə bağlı yazılanlardan xəbərdardır.
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.

Tramp Orbana Kiyevə pul verməyəcəyini deyib
“Biz bunu gördük, lakin heç bir təfərrüat verilmədiyi üçün məsələ ilə bağlı deyəcək bir sözümüz yoxdur”, - Peskov qeyd edib.

Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orban M1 telekanalına açıqlamasında diqqətçəkən fikirlər səsləndirib. Onun sözlərinə görə, Trampın “hazırda davam edən müharibəni necə bitirmək barədə kifayət qədər ətraflı planları var”. O, təfərrüatları açqılamayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Kreml   Tramp   Sülh  





Xəbər lenti