Çexiya prezidenti: "NATO qoşunlarının Kiyevə yardımına heç nə mane ola bilməz"

   Çexiya prezidenti:    "NATO qoşunlarının Kiyevə yardımına heç nə mane ola bilməz"
  11 Mart 2024    Oxunub:878
Çexiya prezidenti Petr Pavel Ukrayna ilə bağlı diqqət çəkən açıqlamalar verib.
O EurActiv portalına müsahibəsində deyib ki, NATO qoşunlarının Ukraynada olması onlar döyüşlərdə iştirak etmədikcə beynəlxalq qanunların pozulması anlamına gəlməyəcək.

Prezident xatırladıb ki, 2014-cü ildən Ukrayna ərazisində NATO-nun təlim missiyası fəaliyyət göstərir və bu missiyaya 15-dən çox ölkədən 1000-ə yaxın mütəxəssis daxildir.

"Beynəlxalq hüquq və BMT nizamnaməsi nöqteyi-nəzərindən NATO üzvü olan ölkələrin qoşunlarına, o cümlədən, mülki şəxslərə Ukraynada proseslərə köməklik göstərməyə heç nə mane ola bilməz. Yardımlar təlim missiyası olsa belə Ukrayna ərazisində bu, heç bir beynəlxalq qaydaları pozuntusu anlamına gəlmir", - o qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   NATO  





Xəbər lenti