“Kapitulyasiya sülh deyil”: Stoltenberqdən Papanın qalmaqallı bəyanatına cavab

      “Kapitulyasiya sülh deyil”:    Stoltenberqdən Papanın qalmaqallı bəyanatına cavab
  11 Mart 2024    Oxunub:988
NATO-nun baş katibi Yens Stoltenberq Roma Papasının Ukraynaya "ağ bayraq qaldırmalı" və Rusiya Federasiyası ilə danışıqlara başlamalı olduğu çağırışına cavab verib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Y.Stoltenberq kapitulyasiyanın sülh olmadığını qeyd edib:

"Rusiya prezidenti Vladimir Putin bu müharibəni başladıb və bu gün də bitirə bilər. Ukraynanın isə əksinə, belə imkanı yoxdur".

Baş katib həmçinin bütün müttəfiqləri Ukraynaya hərbi dəstəyi davam etdirməyə çağırıb.

"Putinə döyüş meydanında istədiyini ala bilməyəcəyini göstərmək üçün Ukraynanı gücləndirməkdə davam etməliyik. Biz oturub Ukraynanın müstəqil ölkə kimi tanındığı həll yolu ilə razılaşmalıyıq", - Stoltenberq bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti