İsrail "Hizbullah"a zərbə endirib

   İsrail "Hizbullah"a zərbə endirib
  11 Mart 2024    Oxunub:1420
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda, Cibbeyn qəsəbəsində yerləşən iki "Hizbullah" obyektini bombalayıb.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti "X" hesabında bildirib.

Hücum "Hizbullah" tərəfindən də təsdiqlənib.

Xatırladaq ki, ötən il oktyabrın 7-də Qəzza zolağında İsrail-HƏMAS müharibəsi başlayandan bəri Livan sərhədində də İsrail və "Hizbullah" terror qruplaşması arasında mütəmadi toqquşmalar baş verir.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Livan   Hizbullah   zərbə  





Xəbər lenti