Netanyahu Hindistanın milli təhlükəsizlik müşaviri ilə görüşüb

   Netanyahu Hindistanın milli təhlükəsizlik müşaviri ilə görüşüb
  11 Mart 2024    Oxunub:894
İsrailin Baş naziri Benyamin Netanyahu Hindistanın milli təhlükəsizlik müşaviri Acit Doval ilə Tel-Əvivdə görüş keçirib.
AzVision.az xəbər verir ki, bu barədə Netanyahunun ofisi "X" hesabında məlumat yayıb.

Tərəflər Qəzza zolağında vəziyyət, əsirlərin azadlığa buraxılması səyləri və humanitar yardım məsələsi ilə bağlı müzakirə aparıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Hindistan   görüş  





Xəbər lenti