Ərdoğan BƏƏ prezidenti ilə telefonla danışıb

   Ərdoğan BƏƏ prezidenti ilə telefonla danışıb
  11 Mart 2024    Oxunub:803
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dövlət başçısı Məhəmməd bin Zayid Al Nəhyanla telefon danışığı aparıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Danışıq zamanı Ərdoğan BƏƏ-li həmkarına həm ad günü, həm də Ramazan ayının başlaması münasibətilə təbrikini çatdırıb.

O həmçinin Al Nəhyanı iki ölkə arasında qurulmuş Ali Strateji Şuranın ilk iclası üçün Türkiyəyə dəvət edib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   BƏƏ   prezident   danışıq  





Xəbər lenti