Ərdoğanın oğlu Kılıçdaroğlunu məhkəməyə verdi
Bilal Ərdoğan CHP liderini rəhbəri olduğu Türkiyə Gənclik və Təhsil Xidmət Vəqfi (TÜRGEV) haqda səsləndirdiyi tənqidi fikirlərə görə məhkəməyə verib.
B.Ərdoğan məhkəmə iddiasında K.Kılıçdaroğlundan 100 min lirə təzminat tələb edib.
Qeyd edək ki, B.Ərdoğan CHP liderinin iyunun 23-də partiya toplantısındakı çıxışı zamanı sözügedən təşkilatın şərəf və layəqətini təhqir etdiyini iddia edir.
AzVision.az
Teqlər: