"Azərreyl" və "Murov Az Terminal" qalib gəlib

"Azərreyl" və "Murov Az Terminal" qalib gəlib
  12 Mart 2024    Oxunub:700
Bu gün qadın voleybolçuların Yüksək Liqasında XVII turun oyunlarına start verilib.
AzVision.az xəbər verir ki, günün ilk matçında “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. Görüş ikincilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyununda “Azərreyl” “Gəncə”ni qəbul edib. Qarşılaşma “dəmiryolçular”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Tura martın 13-də UNEC - “Abşeron” matçı ilə yekun vurulacaq. Qarşılaşma UNEC-in idman zalında təşkil olunacaq.

Bu nəticələrdən sonra xallarını 42-yə çatdıran “Azərreyl” turnir cədvəlinə başçılıq edir. “Murov Az Terminal” 37 xalla ikinci, bir oyun az keçirən “Abşeron” isə 33 xalla üçüncü pillədə qərarlaşıb.

AzVision.az


Teqlər: idman   voleybol  





Xəbər lenti