Peskov Paşinyanın KTMT bəyanatına reaksiya verdi

 Peskov Paşinyanın KTMT bəyanatına reaksiya verdi
  13 Mart 2024    Oxunub:789
Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq istəyi ilə bağlı vəziyyətə aydınlıq gətirmək üçün İrəvanla danışıqlar aparmaq niyyətindədir.
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin KTMT-dən çıxmaq niyyətində olması barədə bəyanatına münasibət bildirərkən deyib.

Ermənistan KTMT-dən çıxır? - İrəvan tarix açıqlamır
"Biz bu bəyanatları eşitmişik. Aydın məsələdir ki, görüləcək çox iş var. Bizə erməni tərəfdaşlarımızla həm KTMT çərçivəsində, həm də ikitərəfli səviyyədə təmaslar lazımdır. Baş nazirin verdiyi açıqlamalara uyğun olaraq vəziyyəti aydınlaşdırıb danışacağıq", - Peskov qeyd edib.

Xatırladaq ki, Nikol Paşinyan dünən jurnalistlərə açıqlamasında KTMT-nin öz öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə İrəvanın qurumu tərk edəcəyəcini söyləyib.

KTMT-dən uzaqlaşmaqla bağlı məsələlər Nikol Paşinyanın ötən ay “France 24” telekanalına müsahibəsindən sonra pik həddə çatdı. O, KTMT əleyhinə sərt açıqlamalar verdi. İrəvan rəhbəri ölkəsinin təşkilatda iştirakını faktiki olaraq dondurduğunu bəyan etdi.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   KTMT  





Xəbər lenti