Qırğızıstan prezidenti media ilə bağlı qanunu geri götürüb

   Qırğızıstan prezidenti media ilə bağlı qanunu geri götürüb
  13 Mart 2024    Oxunub:953
Qırğızıstan prezidenti Sadır Japarov jurnalistlərin və hüquq müdafiəçilərinin tənqidinə məruz qalan KİV haqqında qanun layihəsini parlamentdən geri götürmək qərarına gəlib.
Bu barədə Qırğızıstan dövlət başçısının mətbuat katibi Askat Alagozov məlumat verib. Onun sözlərinə görə, bir neçə gün əvvəl Japarov Bişkekdə KİV rəhbərləri ilə görüş keçirib, görüşdə müzakirə olunan məsələlərdən biri Ali Şurada baxılan Qırğızıstan Respublikasının “KİV haqqında” qanun layihəsi olub.

“İclasın yekununda KİV nümayəndələrinin məlumatlarını dinləyən və bu qanun layihəsi ilə bağlı onlardan daxil olan təklifləri nəzərə alan prezident Sadır Cəfərov bu qanun layihəsinin yekunlaşdırılması ilə bağlı göstəriş verib”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti