Danimarka müdafiə büdcəsini artıracaq

Danimarka müdafiə büdcəsini artıracaq
  13 Mart 2024    Oxunub:655
Danimarka bu il və gələn il müdafiə xərclərini artırmağı planlaşdırır.
Bu barədə baş nazir Mette Frederiksen mətbuat konfransında bildirib. "Danimarka başqalarının müdafiə etdiyi ölkə olmamalıdır. Danimarka bu il və gələn il ÜDM-in 2,4%-ni müdafiəsinə xərcləməlidir", – baş nazir qeyd edib.

Müdafiə Nazirliyinin press-relizində bildirilib ki, hökumət 2024-2028-ci illərdə müdafiə xərclərini ümumilikdə 40,5 milyard kron (5,94 milyard dollar) artırmağı planlaşdırır. Vəsaitlər Ordunun 1-ci Briqadasının gücləndirilməsi, yerüstü hava hücumundan müdafiə sistemlərinin alınması, sualtı qayıqlara qarşı imkanların təkmilləşdirilməsi və kritik döyüş sursatlarının alınması üçün istifadə olunacaq.

Bundan əlavə, Nazirlər Kabineti Müdafiə Nazirliyi daxilində səmərəliliyi artırmağı planlaşdırır ki, bu da 2026-2033-cü illərdə yeni müdafiə prioritetləri üçün 14,3 milyard kron (2,10 milyard dollar) azad edəcək.

İlkin Nəcəfzadə
AzVision.az





Teqlər:





Xəbər lenti