İki aydır hava limanında yaşayır - Film kimi hadisə

   İki aydır hava limanında yaşayır -    Film kimi hadisə
  13 Mart 2024    Oxunub:945
İranlı akademik Şiva Kaviani iki aydır ki, İstanbul Hava Limanında yaşayır. Buna səbəb qadının Kanadaya getmək üçün viza ala bilməməsidir.
Bildirilir ki, Şiva əvvəllər bir müddər Kanadanın Toronto şəhərində yaşayıb. O, yaşayış icazəsi bitdiyi üçün İrana qayıdıb. Yenidən Kanadaya getmək üçün viza müraciəti edən iranlı akademikə rədd cavabı verilib.

Bu dəfə Gürbulak Sərhəd Qapısından Türkiyəyə daxil olan qadın növbəti dəfə viza almaq üçün Ankaraya gedib. Buradan da rədd cavabı alan iranlı İstanbul Hava Limanına qayıdıb. Kanadaya gedə bilməyən və İrana qayıtmaq istəməyən qadın İstanbul hava limanında yaşamağa başlayıb. O, 2 aya yaxındır ki, hava limanında qalır.







Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti