96 helikopterin Polşaya çatdırılması uzun illər çəkəcək

 96 helikopterin Polşaya çatdırılması  uzun illər çəkəcək
  13 Mart 2024    Oxunub:1006
Amerikanın "96 Apache AN-64" helikopterinin Polşaya çatdırılması uzun illər çəkəcək.
AzVision.az xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış TVP telekanalına açıqlamasında deyib.

O əlavə edib ki, hələlik müqavilənin bir sıra təfərrüatları aydınlaşdırılmalıdır.

“Biz "Apache" döyüş helikopterləri ilə bağlı yekun təklifi gözləyirik”, - nazir qeyd edib.

Onun sözlərinə görə, Amerika raketlərinin Polşaya tədarükü ilə bağlı razılaşmanın təfərrüatları yaxın həftələr ərzində həll olunacaq.

Kosiniak-Kamış həmçinin bildirib ki, “Polşa bu il ilk F-35 qırıcıları da əldə edəcək”.

Tural Tağıyev
AzVision.az



Teqlər: Polşa  





Xəbər lenti