ABŞ ordusunu Arktikada münaqişəyə hazırlayır

   ABŞ ordusunu Arktikada münaqişəyə hazırlayır
  14 Mart 2024    Oxunub:784
ABŞ ordusu Arktikadakı münaqişələrə əsgərləri fəal şəkildə hazırlayır.
Bu barədə Amerikanın “Business Insider” nəşri məlumat yayıb. Məlumata görə, buna səbəb Vaşinqtonun regionda Rusiya və Çinin fəallığından artan narahatlığıdır.

Qeyd olunub ki, Amerika ordusu soyuq iqlim şəraitində döyüş əməliyyatları üçün yeni strategiya hazırlayıb. Bundan əlavə, fevral ayında Alyaskada Amerika hərbçilərinin Arktikanın ekstremal şəraitinə uyğunlaşdırılması üçün genişmiqyaslı təlimlər keçirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti