Tramp: “Heç kim xaricdə Baydenə hörmət etmir”

      Tramp:    “Heç kim xaricdə Baydenə hörmət etmir”
  14 Mart 2024    Oxunub:812
“Hazırkı Amerika lideri Co Bayden ABŞ tarixinin ən pis prezidentidir, xaricdə heç kim ona hörmət etmir”.
Bu fikirləri onun sələfi Donald Tramp deyib. “Bayden görün nə qədər acınacaqlı olub. O, ölkəmizin tarixində ən pis prezidentdir. O, korrupsionerdir, səriştəsizdir. O, siyasi rəqibinin arxasınca getmək üçün ədliyyə sistemini silahlandırıb ki, bu, əvvəllər heç vaxt olmayıb”, - Tramp bildirib .

Keçmiş prezident əlavə edib ki, əgər o, Amerika lideri olsaydı, Ukrayna və Qəzza zolağında münaqişələrin qarşısını almaq olardı.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti