Polşa 50-dən çox ölkədən səfirlərini geri çağırdı

Polşa 50-dən çox ölkədən səfirlərini geri çağırdı
  14 Mart 2024    Oxunub:1006
Polşa 50-dən çox ölkədə səfirlərin missiyasını başa çatdırır.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Qeyd edilir ki, bununla bağlı qərarı xarici işlər naziri Radoslav Sikorski verib. O, 50-dən çox səfirin missiyasını bitirib və əvvəlki nazir tərəfindən irəli sürülən namizədlərin adının da geri götürüb.

Eyni zamanda, nazirlik kadr dəyişikliklərinin Polşa hökuməti ilə razılaşdırıldığını bəyan edib.

Rəsmi versiyaya görə, bu addım “bu gün Polşa xarici siyasətinin qarşısında duran mürəkkəb problemlərin daha yaxşı peşəkar həllinə” kömək etməlidir. Polşa səfirlərinin geri çağırılması prosedurlarına artıq başlanılıb.
Tural Tağıyev
AzVision.az



Teqlər: Polşa  





Xəbər lenti