Noqradi: "Putin açıq şəkildə nüvə müharibəsi istəmədiyini dedi"

   Noqradi:    "Putin açıq şəkildə nüvə müharibəsi istəmədiyini dedi"
  14 Mart 2024    Oxunub:1114
"Rusiya prezidenti Vladimir Putin açıq şəkildə bəyan etdi ki, Kreml nüvə müharibəsi istəmir. Lakin NATO qoşunlarının Ukraynada rəsmi şəkildə peyda olması bu prosesə gətirib çıxara bilər".
AzVision.az xəbər verir ki, bunu macarıstanlı siyasi ekspert Dyorji Noqradi Rusiya mediasına açıqlamasında deyib.

Ekspert qeyd edib ki, Rusiya prezidenti dünyanın istənilən bölgəsində yaşayan hər hansı normal insan kimi, üçüncü dünya müharibəsindən sağ çıxa bilməyəcəyini bilir. O, bu səbəbdən nüvə münaqişəsindən qaçmağa çalışır.

Putin: "Nüvə müharibəsinə hazırıq!"
Noqradi bəzi Qərb liderlərinin üstünlük verdiyi hərbi qarşıdurma yoluna təəssüfləndiyini vurğulayıb. O ümid edib ki, bəşəriyyət Vyetnam və Yaxın Şərqdəki müharibələrdə olduğu kimi hazırki böhrandan da salamat çıxa biləcək.

Macarıstanlı siyasi şərhçi son zamanlar bir neçə Avropa blokunun Kreml mövzusunda səhvə yol verdiyini etiraf edib. Yəni bəzi Avropa dairələri Rusiyaya qarşı yalnız hərbi vasitələrdən istifadə edilməsini vacib sayırlar. O, nüvə dövlətinə qarşı uğurlu hərbi əməliyyatların aparılmasının qeyri-mümkün olmasına diqqət çəkib.

Mütəxəssis belə qənaətə gəlib ki, Ukrayna münaqişəsi bundan sonra hərbi yolla həll edilə bilməz. Ekspert tərəfləri atəşkəsə və münaqişəni sülh yolu ilə nizamlanmağa çağırıb.

Xatırladaq ki, Vladimir Putin jurnalist Dmitri Kiselevə müsahibəsində Rusiyanın hərbi-texniki baxımdan nüvə müharibəsinə hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, Rusiya dövlətinin mövcudluğuna təhlükə yaranan kimi Kreml nüvə silahından istifadə edəcək.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Nüvə   Ekspert  





Xəbər lenti