Ermənistan 2 aylıq təlimlərə hazırlaşır

   Ermənistan  2 aylıq  təlimlərə hazırlaşır
  14 Mart 2024    Oxunub:840
Ermənistanın Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilər üçün nəzərdə tutulan təlimlərə hazırlaşır.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Qeyd edilir ki, aprelin 15-dən iyulun 15-dək sıravi əsgərlər, zabitlər, birinci və ikinci kateqoriyalar üzrə qeydiyyatda olan birinci qrup ehtiyatda olan zabitlər üçün təlim-məşq toplanışları keçiriləcək.

Təlim-məşq toplanışında 435 nəfərə qədər ehtiyata buraxılmış hərbçi iştirak edəcək. Onlardan 128 nəfəri sıravi və kiçik zabit, 298 nəfəri isə zabit korpusunun ehtiyatda olan hərbçiləridir.

Bildirilir ki, təlim döyüş vərdişlərinin ümumi səviyyəsini, eləcə də ehtiyatda olan zabitlərin hazırlığını təmin etmək məqsədilə keçirilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Təlim  





Xəbər lenti