Süleyman Dəmirəl dindiriləcək

Qeyd edək ki, 1997-ci il fevralın 28-də Milli Təhlükəsizlik Şurasının iclası keçirilib və bu iclasda bir sıra qərarlar qəbul edilib. Rifah partiyasından Nəcməddin Ərbakanın baş nazir olduğu bu illərdə Milli Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar birmənalı qarşılanmayıb və həmin illərdə bəzi məscidlərin önündə “şəriət istəyirik” şüarları ilə aksiyalar keçirilib. 9 saatlıq iclasdan sonra qəbul edilən qərarlarda deyilirdi: Dünyəvilik Türkiyədə demorkatiyanın təminatıdır. Təriqətlərlə bağlı məktəblər yoxlanmalı və Təhsil Nazirliyinə tabe edilməlidir, 8 illik icbari təhsilə keçilməlidir, Quran kursları yoxlanmalıdır. Təriqətlər bağlanmalıdır. Geyimlə bağlı qanuna riayət edilməlidir. Atatürkə qarşı edilən nalayiq hərəkətlərə görə cəza tətbiq olunmalıdır və s.
Fatimə Kərimli