ABŞ İŞİD qarşı əməliyyata başladı

Hazırda İraq ordusu “İraq və Şam İslam Dövləti” terror təşkilatı tərəfindən işğal edilən Tikrit şəhərinin azad olunması uğrunda döyüşlər gedir. BMT-nin məlumatlarına görə, iyun ayında etibarən bu ölkədə başlayan qarşıdurmalar nəticəsində mindən çox insan öldürülüb.
“Bəzi təyyarələrin silahlarla təchiz olunmasının səbəbi ilk növbədə təhlükəsizliklə bağlıdır. Çünki, biz bu ölkəyə hərbi müşavirlər göndərmişik və onlar səfirlik ərazisindən kənarda fəaliyyət göstərirlər” - deyə, Kirbi bildirib.
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
Eldar Tanrıverdiyev
Teqlər: