Energetika naziri İrana gedib

   Energetika naziri İrana gedib
  14 Mart 2024    Oxunub:785
Azərbaycanın energetika naziri Pərviz Şahbazov İrana səfərə yollanıb.
AzVision.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi bildirib.

İki ölkə arasında energetika sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparmaq məqsədilə Pərviz Şahbazovun rəhbərliyində nümayəndə heyəti Tehrana gedib.

Nazir Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" su elektrik stansiyalarının tikintisi üzrə görülən işlərin gedişi ilə tanış olub.

AzVision.az


Teqlər: Energetika-Nazirliyi   İran   səfər  





Xəbər lenti