"Qarabağ" Avroliqada mübarizəni dayandırdı

 "Qarabağ" Avroliqada mübarizəni dayandırdı
  15 Mart 2024    Oxunub:2055
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşündə Almaniyada üz-üzə gələcək "Bayer" və "Qarabağ"ın start heyətləri açıqlanıb.
AzVision.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Bayer": Matey Kovar, Pyero İncape, Odilon Kossunu, Yonas Hofmann, Robert Endrix, Borxa İqlesias, Florian Virts, Edmond Tapsoba, Amin Adli, Ceremi Frimponq, Qranit Caka. Baş məşqçi: Xabi Alanso.

"Qarabağ": Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Juninyo. Baş məşqçi: Qurban Qurbanov.

Qeyd edək ki, "BayArena"da baş tutacaq matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
***

***
Oyun başladı.
***

***

***
İkinci hissə başladı
***
“Qarabağ” hesabı açdı: 58-ci dəqiqədə Abdulla Zubir qol vurdu
***

***
Elvin Cəfərquliyev 64-cü dəqiqədə qırmızı vərəqə alır.

***
Juninyo 68-ci dəqiqədə "Bayer"in qapısına ikinci qolu vurdu.

***
“Bayer” hesab arasındakı fərqi azaldır. 72-ci dəqiqədə Frimponq fərqlənir . “Bayer" 1- 2 “Qarabağ"

***
6 dəqiqə əlavə olundu

***
Patrik Şik 90+3-də hesabı 2:2 edir

***
“Bayer”dən 3-cü qol. Patrik Şik 90+7-ci dəqiqədə fərqlənir
***
“Qarabağ” 1/8 finalda mübarizəni dayandırdı
AzVision.az


Teqlər: futbol   Qarabağ   Bayer   heyət  





Xəbər lenti