“Qarabağ”a qol vuran futbolçu həftənin ən yaxşısına namizəddir

   “Qarabağ”a qol vuran futbolçu həftənin ən yaxşısına namizəddir
  15 Mart 2024    Oxunub:870
UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Bildirilib ki, 1/8 final mərhələsinin cavab görüşlərinin ardından UEFA dörd oyunçunu fərqləndirib.

Onlar arasında “Qarabağ”la qarşılaşmanın qəhrəmanı olan Almaniyanın “Bayer 04” klubunun hücumçusu Patrik Şik də var. 90+3 və 90+8-ci dəqiqələrdə vurduğu qollarla Leverkuzen təmsilçisinə həm 3:2 hesablı qələbə, həm də 1/4 finala adlamaq sevinci yaşadan çexiyalı forvard ən yaxşı olmağa namizəddir.

Onun rəqibləri Məhəmməd Kudus (“Vest Hem”, İngiltərə), Məhəmməd Salah (“Liverpul”, İngiltərə) və Rafael Leaodur (“Milan”, İtaliya).

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti