Prezident Suaresi aeroportda qarşıladı

Prezident Suaresi aeroportda qarşıladı
  28 İyun 2014    Oxunub:735
Uruqvay prezidenti Xose Muxika millinin hücumçusu Luis Suaresi şəxsən haza limanında qarşılayıb.
Bu barədə AzVision.az İspaniyanın “AS” qəzetinə istinadən xəbər verir.

“Futbol – bayramdır, müharibə deyil. Mən bilirəm ki, oyun zamanı qərarları hakim verir. Suaresin Kellilini dişləməsini çox az ada görüb. Mən də görməmişəm. Biz onu filosof və ya yaxşı hərəkətlərinə görə, milliyə dəvət etməmişik. Oyun zamanı xeylıi sayda təyin edilməyən on bir metrlik cərimə zərbələri olur. Suaresin cəzalandırılması –bizim ölkəmizə qarşı düşmənçilikdir. Biz milli komandamızın futbolçusuna öz dəstəyimizi nümayiş etdirirk.

Qeyd edək ki,Uruqvay millisinin hücumçusu Luis Suares Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatında qrup mərhələsinin son oyun günü İtaliya millisinin müdafiəçisi Corcia Kellinini dişləyib. Bununla bağlı olaraq FİFA 4 ay müddətinə oyunçunu bütün turnirlər iştirak etmək hüququndan məhrum edib

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti