"Rusiya Fransanın rəqibidir" - Makron

   "Rusiya Fransanın rəqibidir" -    Makron
  15 Mart 2024    Oxunub:775
Davamlı sülhə nail olmaq üçün Krım Ukraynanın bir hissəsi kimi tanınmalıdır.
AzVision.az “Newsweek”ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Almaniya və Polşa başçıları ilə görüşdən əvvəl müsahibəsi zamanı deyib.

“Biz Ukraynanın Rusiyanı məğlub etməsinə kömək etmək üçün əlimizdən gələni edirik: əgər suverenlik olmasa, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə, o cümlədən Krım geriyə qayıtmasa, davamlı sülhdən söhbət gedə bilməz”, o deyib.

O vurğulayıb ki, Rusiya Federasiyası Ukraynadakı münaqişədə qalib gəlsə, “Avropaya inam sıfıra enəcək”. Makron həmçinin vurğulayıb ki, bu gün Rusiya Fransanın rəqibidir.

“Biz Rusiyaya qarşı müharibə aparmırıq, biz Ukraynanı dəstəkləyirik”, - deyə siyasətçi yekunlaşdırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti