İki ayda azərbaycanlılar Türkiyədə 110-dan çox ev alıb

   İki ayda azərbaycanlılar Türkiyədə 110-dan çox ev alıb
  15 Mart 2024    Oxunub:706
Bu ilin fevral ayında Türkiyədə əcnəbilərə 1846 mənzil satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 44.9 faiz azdır.
AzVision.az Türkiyə Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay xaricilərə satılan mənzillərin payı ümumi satışda 2 faiz təşkil edib.

Əcnəbilər daha çox İstanbulda ev alıb (691). İkinci yerdə 659 ev satışı ilə Antalya, üçüncü yerdə isə isə 151 mənzil satışı ilə Mersin gəlir.

Fevral ayında Türkiyədən ən çox ev alanlar Rusiya vətəndaşlarıdır. Belə ki, onlar ötən ay 395 mənzilə sahib olublar. İkinci yerdə 200 evlə İran, üçüncü yerdə 112 evlə İraq vətəndaşları, dördüncü yerdə isə 105 evlə Ukrayna vətəndaşları gəlir.

Azərbaycanlılar isə ötən ay Türkiyədə 60 mənzilə sahib olublar. Ümumilikdə bu ilin iki ayında soydaşlarımız Türkiyədə 112 ev alıblar. Ötən il isə Azərbaycan vətəndaşları Türkiyədə 138 mənzilə sahib olublar.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti