İsrail Livana zərbə endirib

   İsrail Livana zərbə endirib
  15 Mart 2024    Oxunub:909
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı yaşayış məntəqələrini növbəti dəfə hədəfə alıb.
AzVision.az xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb.

Hücum nəticəsində Eyta Əş-Şəb kəndində yerləşən üçmərtəbəli bina tamamilə dağılıb.

Xatırladaq ki, ötən il oktyabrın 7-də İsrail-HƏMAS müharibəsi başlayandan bəri Livan sərhədində İsrail və "Hizbullah" arasında da mütəmadi toqquşmalar baş verir.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Livan  





Xəbər lenti