ABŞ Qəzzaya növbəti dəfə havadan yardım göndərib - FOTO

   ABŞ Qəzzaya növbəti dəfə havadan yardım göndərib -  FOTO
  15 Mart 2024    Oxunub:797
ABŞ hərbi təyyarələri bu gün Qəzza zolağının şimalına hava yolu ilə 11-ci dəfə humanitar yardım çatdırıb.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

Yardımın çatdırılması üçün iki "C-130" hərbi yük təyyarəsi və bir "C-17 Globemaster III" strateji hərbi nəqliyyat təyyarəsi cəlb olunub.

Humanitar yardım çərçivəsində Qəzza zolağına havadan 35 min ərzaq paketi və 31 800 butulka su atılıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Qəzza   humanitar-yardım  





Xəbər lenti