Stoltenberq bu tarixdə ölkəmizə gələcək

   Stoltenberq bu tarixdə ölkəmizə gələcək
  15 Mart 2024    Oxunub:899
NATO-nun baş katibi Yens Stoltenberq martın 17-19-da Azərbaycan, Gürcüstan və Ermənistana səfərə gələcək.
AzVision.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, baş katib martın 17-də Bakıda Prezident İlham Əliyevlə, 18-də XİN rəhbəri Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənovla müzakirələr aparacaq.

Həmin gün Tbilisiyə yollanaraq, Gürcüstan prezidenti Salome Zurabişvili və Baş nazir İrakli Kobaxidze ilə, növbəti gün isə İrəvanda Prezident Vaaqn Xaçaturyan və Baş nazir Nikol Paşinyanla görüşəcək.

AzVision.az


Teqlər: NATO   Azərbaycan   səfər  





Xəbər lenti