"Ötən gecə Qəzzaya (200 ton - red.) ərzaq yardımını çatdırmış birinci gəmi artıq qayıdır. Tezliklə ikinci yardım gəmisi də göndəriləcək", - o bildirib.

(Qəzza zolağına ötən gecə Kiprdən ilk yardımı çatdırmış gəmi)
Məlumata görə, 240 ton ərzaqla yüklənmiş ikinci gəmi Kiprin Larnaka şəhərinin limanındadır.
Sözügedən humanitar yardım layihəsi ABŞ-nin "World Central Kitchen", İspaniyanın "Open Arms" QHT-ləri, eləcə də BƏƏ və Kipr hökumətlərinin dəstəyi ilə həyata keçirilir.
Firudin Həmidli
AzVision.az