İslandiyada vulkan püskürdü, sakinlər təxliyyə edildi

   İslandiyada vulkan püskürdü,    sakinlər təxliyyə edildi
  17 Mart 2024    Oxunub:982
İslandiyanın Reykjanes yarımadasında vulkan püskürüb. Bu barədə yerli RUV radiosu məlumat yayıb.
CNN xəbər verir ki, hökumət Qrindavik sakinlərini təxliyə edib. Hazırda vulkan püskürməsinin nəticələri Qrindavik şəhərində mülki əhali üçün təhlükə yaratmır, çünki xüsusi qoruyucu istehkamlar yerindədir. Lakin lava axını yavaş-yavaş təxminən 1 km uzaqlıqdakı sahilə doğru irəliləyir.

Radio İslandiya meteoroloji xidmətinə istinadən xəbər verir ki, qələvi lava su ilə təmasda olduqda təhlükə yarada biləcək xlor buraxıla bilər. Lavanın su ilə təmasda olduğu zaman temperatur fərqləri səbəbindən partlayışlar da mümkündür.

Yarımadada sonuncu vulkan püskürməsi fevralın 8-də baş verib. Meteoroloji xidmətin məlumatına görə, süxur keçən dəfə olduğu kimi eyni çatdan səthə çıxır, qırılma 3 km-ə yaxındır.

İslandiyada 33 aktiv vulkan sistemi var. 2021-ci ildən bəri Reykjanes yarımadasında üç püskürmə baş verib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti