Atıcılarımız Almaniyada qızıl medal qazanıblar

Atıcılarımız Almaniyada qızıl medal qazanıblar
  18 Mart 2024    Oxunub:670
Azərbaycan atıcıları Almaniyanın Dortmund şəhərində keçirilən "ISAS-2024" beynəlxalq turnirində növbəti dəfə fəxri kürsüyə qalxıblar.
AzVision.az xəbər verir ki, 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışında Nigar Nəsirova və Ruslan Lunyov tandemi qızıl medal qazanıb.

Eyni növdə qüvvəsini sınayan Elvin Astanov və Xanna Əliyeva cütlüyü isə ikinci yeri tutub.

Daha əvvəl Azərbaycan millisinin üzvü Xanna Əliyeva pnevmatik tapançadan atəşaçmadan 235.2 xalla ikinci yeri tutaraq gümüş mükafata yiyələnib.

AzVision.az


Teqlər: idman   atıcılıq   qızıl   medal  





Xəbər lenti