"Sərhədlər dəqiqləşdirilməsə, yeni münaqişə başlayacaq" - Paşinyan

   "Sərhədlər dəqiqləşdirilməsə, yeni münaqişə başlayacaq"    - Paşinyan
  19 Mart 2024    Oxunub:2779
Ermənistanın baş naziri Nikol Paşinyan yeni müharibənin başlanması ehtimalı ilə bağlı diqqət çəkən açıqlamalar verib.
AzVision.az xəbər verir ki, o, sərhəd kəndlərinin sakinləri ilə görüşü zamanı İrəvanın Bakı ilə Tavuş bölgəsində sərhədləri dəqiqləşdirməsini vacib sayıb. Əks halda bölgədə yeni münaqişə başlaya bilər.

Paşinyan: "Delimitasiya prosesi Tavuşdan başlaya bilər"
Baş nazir iddia edib ki, rəhbərlik etdiyi hökumətin əsas siyasəti yeni müharibənin qarşısını almaqdır. Bu səbəbdən hakimiyyət məlum ərazidə sərhədin dəqiqləşdirilməsini zəruri hesab edib.

İrəvan rəhbəri həmçinin qeyd edib ki, artıq Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası prosesi aktiv fazaya daxil olur. O kəndlilərə onların anlayacağı tərzdə izah edib ki, demarkasiya “dəqiqləşdiriləcək və razılaşdırılacaq nöqtəyə gedib Ermənistan Respublikasının başladığı yeri tapmaq” deməkdir.

Qeyd edək ki, Ermənistanın baş naziri dünən Azərbaycanın Qazax rayonu ilə həmsərhəd olan Tavuş vilayətinə səfər edib.

O, bir neçə gün öncə Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesinin Tavuş vilayətindən başlayacağını deyib.

Martın 7-də sərhəddə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti iclası keçirilib.
Bundan 2 gün sonra isə, Azərbaycan Ermənistanın işğalı altında olan kəndlərinin azad olunmasını tələb edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Sərhəd   Müharibə  





Xəbər lenti