ABŞ-da peyda olan qəribə canlılar insanları təşvişə saldı

ABŞ-da peyda olan qəribə canlılar insanları təşvişə saldı
  19 Mart 2024    Oxunub:1099
ABŞ-da qeyri-adi varlıqların peyda olması ilə bağlı maraqlı hadisə baş verib.
Daily Mail-in yaydığı məlumata görə, Oklahoma ştatında yaşayanlar sosial şəbəkələrdə "McGee Creek" su anbarında peyda olan qəribə canlıların fotoşəkillərini paylaşıblar. Onlar həyəcan təbili çalaraq bir-birinə bağlı olan və yumru formada jele kimi sallanan qəribə varlıqları ilk dəfə gördüklərini yazıblar. Hətta sosial mediada bu yeni varlıqların kosmosdan gəldiyi iddia olunub.

Rəsmilər isə təşvişə düşən ivətəndaşları əmin ediblər ki, bu qeyri-adi varlıqlar kosmosdan gəlməyiblər. Onlar bryozoanlardır. Yəni 470 milyon ilə əvvəl Yer üzündə yaranmış canlılardan biridir. Bu varlıqlar hətta ilk dinozavrlardan da xeyli əvvəl meydana çıxıblar. Səlahiyyətlilər, bryozoanların iqlim dəyişikliyi səbəbindən bu yay daha çox görünəcəklərini söyləyiblər.

"Onların üzə çıxması əslində ekoloji durumun yaxşı olmasının və təmiz suyun göstəricisi sayılır!" - Oklahoma Vəhşi Təbiəti Mühafizə Departamentinin bəyanatında deyilir.


Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti