Polşalı general: "Ukrayna ordusunun itkiləri milyonlarla ölçülür"

    Polşalı general:    "Ukrayna ordusunun itkiləri milyonlarla ölçülür"
  19 Mart 2024    Oxunub:1009
Polşa Ordusunun Baş Qərargahının keçmiş rəisi, general Raymund Andjeyçak diqqət çəkən açıqlamlar verib.
O, "Polstat" telekanalına açıqlamasında deyib ki, Ukrayna Silahlı Qüvvələrinin döyüş itkiləri yüz minlərlə yox, milyonlarla hesablanmalıdır.

“Ukrayna Silahlı Qüvvələrinin itkiləri yüz minlərlə deyil, milyonlarla hesablanmalıdır. Bu ölkədə nə ehtiyat, nə də döyüşəcək qüvvə var”, - Anjeyçak deyib.

O vurğulayıb ki, Ukrayna artıq münaqişəni uduzur və Kiyev üçün “olduqca dramatik” vəziyyət yaranır. General həmçinin Valeri Zalujnının Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı postundan uzaqlaşdrılmasını da effektli addım saymayıb. Çünki Aleksandr Sırskinin onu əvəzləməsi təmas xəttində vəziyyəti dəyişməyib. Sırskinin qarşısında da eyni vəzifə və problemlər qalıb: “Məlum olub ki, qoşunlar geri çəkilməli və cəbhə xəttindəki duruma "əl gəzidirilməlidir". Zalujnının yaşadığı bütün problemlər hələ də qalır”

Tural Tağıyev
AzVision.az



Teqlər: General   Ukrayna  





Xəbər lenti