Erməni deputatdan etiraf: "Tavuşdakı kəndlər Azərbaycan ərazisi olub"

   Erməni deputatdan etiraf:    "Tavuşdakı kəndlər Azərbaycan ərazisi olub"
  19 Mart 2024    Oxunub:755
“Ermənistanın 29,8 kvadrat kilometr ərazisinin hər hansı hissəsinin dəyişdirilməsindən söhbət gedə bilməz”.
AzVision.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Vahe Qalumyan deyib. O, Milli Assambleyada jurnalistlərə verdiyi müsahibə zamanı qeyd edib ki, rəsmi Bakının hazırda tələb etdiyi və Tavuş ərazisi kimi göstərilən 4 kənd əvvəllər Azərbaycan ərazisi olub.

"Sərhədlər dəqiqləşdirilməsə, yeni münaqişə başlayacaq" - Paşinyan
Deputat həmçinin Ermənistana aid sərhəd kəndinin də 90-cı illərdən Azərbaycanın nəzarətində olduğunu xatırladıb: "Təhvil veriləcək ərazilərdə ermənilərə məxsuz evlər yoxdur. O kəndlərdə heç bizim əhali də yaşamır. Əgər qaytarılacaq kəndlərdə hansısa erməni vətəndaşın mənzili aşkarlansa, bu məsələ dövlətin dəstəyi ilə həll olunacaq. Bu, sülh prosesinin bir hissəsidir. Biz həll yollarını tapmalı və məsələni birdəfəlik aradan qaldırmalıyıq”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan dünən sərhəd kəndlərində yaşayan sakinlərlə görüşü zamanı İrəvanın Bakı ilə Tavuş bölgəsində sərhədləri dəqiqləşdirməsini vacib sayıb. O, əks halda bölgədə yeni münaqişənin başlayacağını deyib.

Xatırladaq ki, bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesinin Tavuş vilayətindən başlayacağını deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Sərhəd  





Xəbər lenti