Qazaxıstanda veyplərin idxalı və satışı qadağan ediləcək

   Qazaxıstanda veyplərin idxalı və satışı qadağan ediləcək
  20 Mart 2024    Oxunub:1150
Qazaxıstan parlamentinin məclisi (aşağı palatası) Senatın (yuxarı palata) təklif etdiyi səhiyyə məsələləri ilə bağlı qanunvericiliyə elektron siqaretlərin idxalına, istehsalına və satışına qadağa qoyulmasını nəzərdə tutan dəyişikliklərin edilməsi haqqında qanunun bəzi maddələrinin variantı ilə razılaşıb.
xəbər verir ki, qanun tütün məmulatlarının, qızdırılan tütün məmulatlarının, qəlyan tütünün, qəlyan qarışıqlarının, tütün isitmə sistemlərinin, elektron istehlak sistemlərinin, aromatizatorların və onlar üçün mayelərin reklamına qadağa qoyur. Veyplərin idxalı və satışına görə cinayət məsuliyyəti tətbiq edilir.

Bundan başqa, yeniliklər tibb işçilərinin peşə məsuliyyətinin icbari sığortasını nəzərdə tutur. Bunun üçün hər bir tibb təşkilatı sığorta şirkəti ilə müqavilə bağlayacaq.

Xəstə həkim səhvi nəticəsində həyatına və sağlamlığına zərər vurulduqda şikayətə müstəqil ekspert komissiyası tərəfindən baxılması təklif edilir. Onun nəticəsi xəstəyə sığorta ödənişi etmək üçün əsas olacaqdır.

Parlamentin qəbulundan sonra səhiyyə qanunvericiliyinə düzəlişlər imzalanmaq üçün Qazaxıstan prezidentinə təqdim olunacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti