Ərəb ölkələrinin XİN rəhbərləri Qahirədə görüşüblər

   Ərəb ölkələrinin XİN rəhbərləri Qahirədə görüşüblər
  21 Mart 2024    Oxunub:1217
Ərəb ölkələrinin xarici işlər nazirləri və digər rəsmi şəxslərin Qəzza zolağında atəşkəs naminə danışıqlar aparmaq üçün Misirin paytaxtı Qahirədə iclası keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd Əbu Zeyd "X" hesabında məlumat yayıb.

İclasa Misir XİN rəhbəri Samih Şükri, Səudiyyə Ərəbistanı XİN rəhbəri Feysəl bin Fərhan, Qətər XİN rəhbəri Məhəməd bin Əbdürrəhman, İordaniya XİN rəhbəri Əymən Əs-Səfədi, habelə BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Rim Əl-Haşimi və Fələstin Azadlıq Təşkilatının icraiyyə komitəsinin baş katibi Hüseyn Əş-Şeyx qoşulublar.

İclasda Qəzza zolağında münaqişənin həlli ilə bağlı müzakirələrin ardınca nazirlər Yaxın Şərqə səfərə gəlmiş ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşəcəklər

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   Misir   ərəb-ölkələri   atəşkəs  





Xəbər lenti