Peskov: "Ukraynadakı xüsusi hərbi əməliyyat müharibəyə çevrilib"

      Peskov:    "Ukraynadakı xüsusi hərbi əməliyyat müharibəyə çevrilib"
  22 Mart 2024    Oxunub:1027
Qərb ölkələrinin müdaxiləsi nəticəsində Ukraynada keçirilən xüsusi hərbi əməliyyat müharibəyə çevrilib.
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz müharibə vəziyyətindəyik. Bəli, bu, xüsusi hərbi əməliyyat kimi başladı. Lakin Qərb Ukrayna tərəfindən iştirakçıya çevrildikdə, bu, bizim üçün artıq müharibəyə çevrildi”, - Peskov bildirib.

O, buna əmin olduğunu qeyd edib və əlavə edib ki, hər kəs hazırkı faktı “daxili səfərbərlik üçün” başa düşməlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti