Qəzzada xəstəxana bombalanıb

   Qəzzada xəstəxana bombalanıb
  22 Mart 2024    Oxunub:1113
İsrail Silahlı Qüvvələri Qəzza şəhərində yerləşən "Əl-Şəfa" xəstəxanasına zərbə endirib.
AzVision.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Xəstəxanaya məxsus bir neçə bina zərbələr nəticəsində dağılıb və yanğına məruz qalıb.

İsrail hərbçiləri həmçinin xəstəxananın radiologiya şöbəsində müalicə alan təqribən 240 xəstə, habelə 10 səhiyyə işçisini ələ keçiriblər.

HƏMAS terror təşkilatı hücum faktını pisləyərək, onlarla mülki şəxsin həyatını itirdiyini bildirib.

"Əl-Şəfa" xəstəxanası İsrail-HƏMAS müharibəsi başlamazdan qabaq Qəzza zolağının ən böyük xəstəxanası idi. Hazırda isə məhdud şəraitdə fəaliyyət göstərir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   İsrail   xəstəxana  





Xəbər lenti